Yanvar-fevral aylarında Türkiyənin Rusiyaya hazır geyim ixracının həcmi açıqlanıb (ÖZƏL)

Yanvar-fevral aylarında Türkiyənin Rusiyaya hazır geyim ixracının həcmi açıqlanıb (ÖZƏL)

Bakı. TurkicWorld:

2024-cü ilin yanvar-fevral aylarında Türkiyənin Rusiyaya hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz azalaraq, 87,8 milyon dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin fevral ayında Türkiyə Rusiyaya 51,8 milyon dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin fevral ayı ilə müqayisədə 2,6 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-fevral aylarında Türkiyənin hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 8,6 faiz azalaraq, 2,9 milyon dollara bərabər olub.

Bu ilin fevral ayında Türkiyə 1,5 milyon dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin fevral ayı ilə müqayisədə 4,6 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (fevral 2023-fevral 2024) Türkiyə 19 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib.

X: Lamanasadli01