Yanvar-fevral aylarında Türkiyənin Rusiyaya polad məhsulları ixracının həcmi açıqlanıb (ÖZƏL)

Yanvar-fevral aylarında Türkiyənin Rusiyaya polad məhsulları ixracının həcmi açıqlanıb (ÖZƏL)

Bakı. TurkicWorld:

2024-cü ilin yanvar-fevral aylarında Türkiyənin Rusiya Federasiyasına polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 37,8 faiz azalaraq, 20,4 milyon dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin fevral ayında Türkiyə Rusiya Federasiyasına 11,9 milyon dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da keçən ilin fevral ayı ilə müqayisədə 32,8 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-fevral aylarında Türkiyənin polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 15,8 faiz artaraq, 2,5 milyon dollara bərabər olub.

“Bu ilin fevral ayında Türkiyə 1,4 milyon dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da keçən ilin fevral ayı ilə müqayisədə 31,2 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (fevral 2023-fevral 2024) Türkiyə 15,2 milyard dollar məbləğində polad məhsulları ixrac edib.

X: Lamanasadli01