Yanvar-fevral aylarında Türkiyənin Qırğızıstana hazır geyim ixracı 40 milyon dollara çatıb (ÖZƏL)

Yanvar-fevral aylarında Türkiyənin Qırğızıstana hazır geyim ixracı 40 milyon dollara çatıb (ÖZƏL)

Bakı. TurkicWorld:

2024-cü ilin yanvar-fevral aylarında Türkiyənin Qırğızıstana hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 25,9 faiz azalaraq, 39,8 milyon dollara bərabər olub.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin fevral ayında Türkiyə Qırğızıstana 22,4 milyon dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin fevral ayı ilə müqayisədə 7,8 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-fevral aylarında Türkiyənin hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 8,6 faiz azalaraq, 2,9 milyon dollara bərabər olub.

Bu ilin fevral ayında Türkiyə 1,5 milyon dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin fevral ayı ilə müqayisədə 4,6 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (fevral 2023-fevral 2024) Türkiyə 19 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib.

X: Lamanasadli01