Yanvar-fevral aylarında Türkiyənin polad məhsulları ixracının həcmi açıqlanıb (ÖZƏL)

Yanvar-fevral aylarında Türkiyənin polad məhsulları ixracının həcmi açıqlanıb (ÖZƏL)

Bakı. TurkicWorld:

2024-cü ilin yanvar-fevral aylarında Türkiyənin polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 15,8 faiz artaraq, 2,5 milyon dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin fevral ayında Türkiyə 1,4 milyon dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da keçən ilin fevral ayı ilə müqayisədə 31,2 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (fevral 2023-fevral 2024) Türkiyə 15,2 milyard dollar məbləğində polad məhsulları ixrac edib.

X: Lamanasadli01