Yanvar ayında Türkiyənin İrana hazır geyim ixracı 4 milyon dollara çatıb (ÖZƏL)

Yanvar ayında Türkiyənin İrana hazır geyim ixracı 4 milyon dollara çatıb (ÖZƏL)

Bakı. TurkicWorld:

2024-cü ilin yanvar ayında Türkiyənin İrana hazır geyim məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 30,2 faiz artaraq, 3,9 min dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2024-yanvar 2023) Türkiyə 19 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib.

Qeyd edək ki, 2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin hazır geyim məhsulları ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 9,2 faiz azalaraq, 19,3 milyard dollara bərabər olub.

2023-cü ilin dekabr ayında Türkiyə 1,5 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da 2022-ci ilin dekabr ayı ilə müqayisədə 14,6 faiz azdır.

X: Lamanasadli01