2023-cü ildə Qazaxıstanın Türkiyədən avtomobil sənayesi məhsulları idxalı 190 milyon dolları ötüb (ÖZƏL)

2023-cü ildə Qazaxıstanın Türkiyədən avtomobil sənayesi məhsulları idxalı 190 milyon dolları ötüb (ÖZƏL)

Bakı. TurkicWorld:

Türkiyə 2023-cü ilin yanvar-dekabr aylarında Qazaxıstana avtomobil sənayesi məhsulları ixracını 2022-ci ilin ilin eyni dövrü ilə müqayisədə 47,4 faiz artıraraq 190,7 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2023-cü ilin dekabr ayında Türkiyə Qazaxıstana avtomobil sənayesi məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 50,5 faiz azaldaraq 11,3 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin avtomobil sənayesi məhsulları ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 13 faiz artaraq 35 milyard dollara bərabər olub.

2023-cü ilin dekabr ayında Türkiyə 3,2 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da 2022-ci ilin dekabr ayı ilə müqayisədə 1,1 faiz çoxdur.

Qeyd olunub ki , son 12 ay ərzində (dekabr 2022- dekabr 2023) Türkiyə 35 milyard dollar məbləğində avtomobil sanayesi məhsulları ixrac edib.

X: Lamanasadli01