Pərviz Şahbazov Səudiyyə Ərəbistanı Krallığına səfər edib

Pərviz Şahbazov Səudiyyə Ərəbistanı Krallığına səfər edib

Bakı. TurkicWorld:

Energetika naziri Pərviz Şahbazov Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdüləziz bin Salman Əl-Səudun dəvəti ilə 23 may tarixində bu ölkəyə səfər edib.

Bu barədə TurkicWorld-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində Səudiyyə Ərəbistanı Krallığı ilə ölkəmiz arasında energetika sahəsində əməkdaşlıq imkanlarının müzakirə edilməsi və ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.