Paşinyanın müavini Tavuş sakinlərinin nümayəndələri ilə görüşəcək

Paşinyanın müavini Tavuş sakinlərinin nümayəndələri ilə görüşəcək

Bakı. TurkicWorld:

Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan Tavuş sakinlərinin nümayəndələri ilə görüşəcək.

TurkicWorld xəbər verir ki, bu barədə məlumatı baş nazir müavinin aparatının nümayəndəsi Ani Babayan yerli KİV-ə təsdiqləyib.

Onun sözlərinə görə, görüş İrəvanda hökumət binasında keçiriləcək.

Tavuş sakinlərinin nümayəndələri özləri İrəvana gələcək.

Görüşün dəqiq vaxtı və görüşdə kimlərin iştirak edəcəyi açıqlanmayıb.