Ermənistanın “Döyüş Qardaşlığı” təşkilatının 5 üzvü saxlanılıb

Ermənistanın “Döyüş Qardaşlığı” təşkilatının 5 üzvü saxlanılıb

Bakı. TurkicWorld:

Ermənistanın "Döyüş Qardaşlığı" təşkilatının 5 üzvü saxlanılıb.

TurkicWorld xəbər verir ki, bu barədə təşkilatın sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Qeyd olunub ki, təşkilatın üzvləri ötən gün Tavuş vilayətində insident törətdiklərinə görə saxlanılıb.

Belə ki, "Döyüş Qardaşlığı" təşkilatının üzvləri ilə Ermənistanın "Yerkrapa" təşkilatının üzvləri arasında toqquşma baş verib. Nəticədə "Döyüş Qardaşlığı" təşkilatının üzvləri Masis Şiroyan, Arman Petrosyan, Qor Asatryan, Henrik Mkrtçyan və Aramais Ağabekyan polis bölməsinə aparılıb.