Bir neçə aviaşirkət İran üzərindən uçuş marşrutlarını dəyişib

Bir neçə aviaşirkət İran üzərindən uçuş marşrutlarını dəyişib

Bakı. TurkicWorld:

Bir neçə aviaşirkət İsrailin İranın İsfahan əyalətinə hücumundan sonra təyyarələrin bir hissəsini digər ölkələrin aerodromlarına yönəldərək İran ərazisi üzərindəki uçuş marşrutlarını dəyişib.

TurkicWorld xəbər verir ki, İran hücumdan sonra Tehran, Şiraz və İsfahandakı hava limanlarını bağlayıb.

İran Hava Yollarına məxsus Romadan Tehrana uçan təyyarə Ankaraya yönləndirilib, Emirates Flydubai isə cümə günü İrana olan bütün reysləri ləğv edib və təyyarələri uçuş nöqtələrinə qaytarıb.

Xatırladaq ki, aprelin 13-də İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qanadlı və ballistik raketləri ilə “Doğru vəd əməliyyatı” kod adı altında İsrailə hücum edib. Hücumların aprelin 1-də İsrailin İranın Dəməşqdəki səfirliyini bombalamasına cavab olaraq həyata keçirildiyi bildirilir. Bu, iki ölkə arasında ilk birbaşa hərbi qarşıdurmadır.

Aprelin 14-də səhər saatlarında İran İsrailə qarşı əməliyyatın başa çatdığını elan edib.