Fransa vətəndaşlarını İranı tərk etməyə çağırır

Fransa vətəndaşlarını İranı tərk etməyə çağırır

Bakı. TurkicWorld:

Fransa vətəndaşlarını müvəqqəti olaraq İranı tərk etməyə çağırır.

TurkicWorld-un məlumatına görə, bu barədə Fransanın Tehrandakı səfirliyi bəyanat yayıb.

“Vətəndaşlardan səyahət zamanı son dərəcə ehtiyatlı olmaları və hər hansı bir yığıncaqdan çəkinmələri xahiş olunur” – deyə bəyanatda bildirilir.

Qeyd edək ki, İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH) dünən (şənbə) iki regional düşmən arasında böyük gərginliyə səbəb ola biləcək onlarla pilotsuz uçuş aparatı (PUA) və raketlər ataraq İsrailə hücuma başlayıb.