YPG terror təşkilatı Fransadakı iğtişaşçları dəstəkləyir

YPG terror təşkilatı Fransadakı iğtişaşçları dəstəkləyir

Bakı. TurkicWorld:

Fransa prezidenti Emmanuel Makronun Parisdə Yelisey sarayında qəbul etdiyi PKK terror təşkilatının Suriya qolu olan YPG-nin terrorçuları Fransadakı etirazçıları dəstəklədiyini açıqlayıb.

TurkicWorld xəbər verir ki, terrorçu təşkilatın qadın qolunu təşkil edən YPG terrorçuları üzərində "Yaşasın Rojavadan Fransaya qədər xalqların dirənişi" yazılmış kağızla foto paylaşıb.

Xatırladaq ki, iyunun 27-də Fransada Əlcəzair əsilli 17 yaşlı yeniyetmənin fransız polis tərəfindən qətlə yetirilməsindən sonra ölkəni bürüyən etirazlar dalğası səngimək bilmir.