Hindistan Ermənistana hərbi attaşe təyin etməyi planlaşdırır

Hindistan Ermənistana hərbi attaşe təyin etməyi planlaşdırır

Bakı TurkicWorld

Hindistan Ermənistana hərbi attaşe təyin etməyi planlaşdırır.

TurkicWorld xəbər verir ki, müvafiq qərar Ermənistan Nazirlər Kabinetinin mayın 18-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.

“İrəvan və Nyu Dehli arasında müxtəlif sahələrdə, xüsusilə də hərbi-sənaye sektorundakı əməkdaşlıq Hindistanın Ermənistanda hərbi attaşe postunun yaradılmasını zəruri edib”,- məlumatda bildirilib.

Attaşe iki ölkənin hərbi idarələri arasında əlaqələri, müdafiə sahəsində əməkdaşlığın qurulması və dərinləşdirilməsini və hərbi qarşılıqlı fəaliyyətin əlaqələndirilməsini həyata keçirəcək.

Mehriban Xəlilli
@MXalilbekova