Azərbaycan qətiyyətli addımlarla yenidənqurma işlərini həyata keçirir - İspan səyahətçi

Azərbaycan qətiyyətli addımlarla yenidənqurma işlərini həyata keçirir - İspan səyahətçi

Xocavənd. TurkicWorld:

Azərbaycan qətiyyətli addımlarla tikinti-yenidənqurma işlərini həyata keçirir.

Bu barədə TurkicWorld-ə ispan səyahətçi Alvaro Riko deyib.

"Biz Qarabağa bu gün səhər gəlmişik və ölkənizin regionda necə əsaslı yenidənqurma işləri apardığını artıq görə bildik", - o deyib.

İspan səyahətçi, həmçinin, regionun tam bərpasının şübhəsiz uzun illər sürəcəyini, lakin hazırkı nəticələrin çox təəssürat yaratdığını vurğulayıb.

"Yenidənqurmaya gəlincə, Qarabağda hər şey öz yerinə qayıdır. Mən dağıntılardan heyrətə düşdüm. 21-ci əsrdə bu miqyasda vandallıq əməllərinin mümkün olması inanılmazdır", - beynəlxalq nümayəndə əlavə edib.

Xatırladaq ki, fevralın 4-də beynəlxalq nümayəndəliyin işğaldan azad olunmuş Azərbaycan ərazisinə altıncı səfəri baş tutub.

Nümayəndə heyətinin tərkibinə ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya və Rusiya olmaqla 12 ölkənin nüfuzlu şəxsləri daxildir.

Səfər zamanı nümayəndə heyəti həmçinin işğal dövründə ermənilərin törətdiyi vandallıqlarla, ərazilərdəki yenidənqurma işləri ilə, hableə Qarabağ regionunun təbii gözəlliyi ilə tanış olacaqlar.