Zəngilanda hərbçilərin yürüşü keçirildi

Zəngilanda hərbçilərin yürüşü keçirildi

Bakı. TurkicWorld:

20 Oktyabr – Zəngilan Şəhəri Günündə hərbçilərin iştirakı ilə yürüş təşkil olunub.

TurkicWorld xəbər verir ki, əvvəlcə Zəngilan Şəhidlər xiyabanı ziyarət edilərək Vətənimizin azadlığı uğrunda canından keçən əziz şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Zəngilan Şəhəri Günü münasibətilə Zəngilan Konqres Mərkəzinin qarşısında yürüş keçirilib. Yürüşdə Daxili işlər Nazirliyinin, o cümlədən, Daxili Qoşunların əməkdaşları, eləcə də Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti iştirak edib.

Qeyd edək ki, üç il bundan öncə Zəngilan şəhəri 44 günlük Vətən müharibəsində düşmən tapdağından azad edilib.

Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamına əsasən, 20 Oktyabr – Zəngilan şəhəri günü kimi qeyd olunur.