Amerikanın elektrikli "Tesla Y" avtomobil modeli bu gün Türkiyədə onlayn satışa çıxarılacaq

Amerikanın elektrikli "Tesla Y" avtomobil modeli bu gün Türkiyədə onlayn satışa çıxarılacaq

Bakı, TurkicWorld:

Amerikanın elektrikli "Tesla Y" avtomobil modeli bu gün Türkiyədə onlayn satışa çıxarılacaq.

TurkicWorld-un AzerPress-ə istinadən verdiyi məlumata görə, sürəti 455 km/saat olan avtomobilin qiyməti 1 milyon 548 min 732 lirə, sürəti 533 km/saat olan versiyanın qiyməti 1 milyon 619 min 532 lirə, 0-100 km/saat sürəti cəmi 3.7 saniyəyə tamamlayan versiyanın qiyməti isə 1 milyon 778 min 812 lirədən başlayır.

Məlumata əsasən, sabahdan etibarən Ədirnə, Ankara, Bolu və İstanbulda Tesla sürətli enerjidoldurma məntəqələri elektrikli avtomobil istifadəçilərinin xidmətində olacaq.

Məlumat üçün bildirək ki, Tesla elektrikli avtomobili 2003-cü ildə ABŞ-a məxsus Tesla Motors tərəfindən istehsal edilib. 2004-cü ildən şirkətin sədri vəzifəsini icra edən İlon Maskın 30 milyon dollardan çox investisiya ayırması ilə şirkətin əsas yüksəlişi başlayıb.

Tesla Motors 2008-ci ildə ilk tam elektrikli avtomobilini təqdim edib.