Türkiyə Kick Boks turnirində Balıkəsir Universitetinin tələbələri ümumilikdə 8 medal qazanıblar

Türkiyə Kick Boks turnirində Balıkəsir Universitetinin tələbələri ümumilikdə 8 medal qazanıblar

Bakı. TurkicWorld:

22-29 yanvarda Türkiyənin Şanlıurfa şəhərində keçirilən Türkiyə Kick Boks turnirində Balıkəsir Universitetinin tələbələri ümumilikdə 8 medal qazanıblar. TurkicWorld-un məlumatına görə, Türkiyənin müxtəlif şəhərlərindən çoxlu idmançının qatıldığı tədbirdə böyüklər kişilər kateqoriyasında Serdar Şayık 60 kq çəki dərəcəsində K-1 birincisi olub. Böyüklər qadınlar arasında isə 70 kq çəki dərəcəsi ilə Minel Akpınar K-1, Gülər ​​Dəniz Topuz da 56 kq Full Contact qalibi olub.

Yarışmada böyüklər kişilər kateqoriyasında Abdullah Öncül 69 kq ilə Kick Light ikincisi olub. Eyni kateqoriyada yarışan Emirhan Çoban 75 kq ilə Low Kick, Egehan Nebioğlu 75 kq ilə Full Contact, Muhammet Deha Kuşçu 54 kq ilə K-1 və Barış Karaman da 63,5 kq ilə Low Kick üçüncüləri olublar.