İsrail-İran gərginliyinin daimi münaqişəyə çevrilmə riski var - Türkiyə XİN

İsrail-İran gərginliyinin daimi münaqişəyə çevrilmə riski var - Türkiyə XİN

Bakı. TurkicWorld:

İsrailin İranın Dəməşqdəki səfirliyinə hücumu ilə başlayan gərginliyin beynəlxalq hüquqa zidd olaraq son hadisələrdən sonra daimi münaqişəyə çevrilmə riski var.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

"Hadisələri yaxından izləyirik. Biz bütün tərəfləri daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırırıq. Beynəlxalq ictimaiyyətin prioriteti Qəzzada qətliamın dayandırılması və Fələstin dövlətinin yaradılması ilə bölgəmizdə daimi sülhün bərqərar olması olmalıdır", - deyə bəyanatda vurğulanıb.

Qeyd edək ki, səhər saatlarında İsrail İran ərazisinə raket zərbələri endirib.

Aprelin 13-də İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qanadlı və ballistik raketləri ilə "Doğru vəd əməliyyatı" kod adı altında İsrailə hücum edib. Hücumların aprelin 1-də İsrailin İranın Dəməşqdəki səfirliyini bombalamasına cavab olaraq həyata keçirildiyi bildirilir. Bu, iki ölkə arasında ilk birbaşa hərbi qarşıdurmadır.

X: Lamanasadli01