Türkiyə Qazaxıstana hər cür yardımı göstərməyə hazırdır – Türkiyə XİN

Türkiyə Qazaxıstana hər cür yardımı göstərməyə hazırdır – Türkiyə XİN

Bakı. TurkicWorld:

Türkiyə Qazaxıstana hər cür yardımı göstərməyə hazırdır.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bildirib.

Nazirlik Qazaxıstanda baş verən sel fəlakəti ilə bağlı dəstək bəyanatdı yayımlayıb.

Bildirilib ki, Qazaxıstanın müxtəlif bölgələrində davam edən sel fəlakəti və dəymiş böyük ziyan nəticəsində on minlərlə Qazaxıstan vətəndaşının təxliyə edilməli olması bizi dərindən kədərləndirir.

Xatırladaq ki, Qazaxıstanda əriyən qarın yaratdığı daşqınlar davam edərkən, daşqınlardan zərər çəkmiş bir çox bölgədən təxminən 19 min insan təxliyə edilib.

Hafiz Rufizoğlu