Ankarada 4-cü Media və İslamofobiya Forumu keçiriləcək

Ankarada 4-cü Media və İslamofobiya Forumu keçiriləcək

Bakı. TurkicWorld:

Sabah Ankarada “Qlobal və Yerli Səviyyədə İslamofobiya” mövzusu ilə Media və İslamofobiya Forumu keçiriləcək.

TurkicWorld xəbər verir ki, forumun əsas mövzularından biri Qəzza olacaq.

İsrailin zülmü altında olan Fələstin ərazisi Qəzzada baş verənlər İslamofobiyanın son nümunəsi kimi forumda müzakirə olunacaq.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dörd il əvvəl şəxsən iştirak etdiyi və dəstək verdiyi Media və İslamofobiya Forumu akademik, ekspert və ziyalıların iştirakı ilə hər il İslamofobiya probleminin aradan qaldırılması üçün həll yolları axtarır.

X: Lamanasadli01