Türkiyənin milli döyüş təyyarəsi sabah ilk uçuşunu həyata keçirəcək (ÖZƏL)

Türkiyənin milli döyüş təyyarəsi sabah ilk uçuşunu həyata keçirəcək (ÖZƏL)

Bakı. TurkicWorld:

Türkiyənin Aerokosmik Sənaye şirkəti (TUSAŞ) tərəfindən hazırlanan milli döyüş yəyyarəsi KAAN sabah ilk uçuşunu həyata keçirəcək.

Bu barədə TurkicWorld-a Türkiyə hərbi mənbələrindən bildirilib.

Qeyd edək ki,Türkiyənin Aerokosmik Sənaye şirkəti (TUSAŞ) tərəfindən hazırlanan milli döyüş təyyarəsinin məqsədi ABŞ-dan alınan F-16 və F-35 qırıcı təyyarələrini əvəz etməkdir. Milli Döyüş Təyyarəsinin ilk uçuş testi 2023-cü il martın 16-da keçirilib və uğurla tamamlanıb.

2023-cü il mayın 1-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən “İstikbalin Yüzyılı” proqramında Milli Döyüş Təyyarəsinə KAAN adını verib.

X: Lamanasadli01