Türkiyənin milli döyüş təyyarəsi KAAN bu ay ilk uçuşunu həyata keçirəcək

Türkiyənin milli döyüş təyyarəsi KAAN bu ay ilk uçuşunu həyata keçirəcək

Bakı. TurkicWorld:

Türk Uçak Sanayi Anonim Ortaklığı (TUSAŞ) tərəfindən yerli və milli imkanlarla hazırlanan milli döyüş yəyyarəsi KAAN, bu ay ilk uçuşunu həyata keçirəcək.

TurkicWorld-un məlumatına görə, bu barədə TUSAŞ-ın baş direktor Temel Kotil məlumat verib.

"Bu günə qədər KAAN-ın oturacaq testləri, tam uzunluqlu statik sınaqlar, idarəetmə səthlərinin ətalət və statik sınaqları, eniş mexanizmlərinin düşmə testləri, sistem inteqrasiyası laboratoriyasında avionik sistem sınaqları, yanacaq sınaqları və mühərrikin işə salınması sınaqları həyata keçirilib",- deyə o qeyd edib.

Qeyd edək ki, Türk Uçak Sanayi Anonim Ortaklığı (TUSAŞ) tərəfindən hazırlanan milli döyüş təyyarəsinin məqsədi ABŞ-dan alınan F-16 və F-35 qırıcı təyyarələrini əvəz etməkdir. Milli Döyüş Təyyarəsinin ilk uçuş testi 2023-cü il martın 16-da keçirilib və uğurla tamamlanıb.

Mayın 1-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən “İstikbalin Yüzyılı” proqramında Milli Döyüş Təyyarəsinə KAAN adını verib.

Aytac Süleymanova

Twitter: a_alieva_