Başda Azərbaycan olmaqla, türk dövlətləri Türkiyə ilə əməkdaşlıqda maraqlıdır - Bolat

Başda Azərbaycan olmaqla, türk dövlətləri Türkiyə ilə əməkdaşlıqda maraqlıdır - Bolat

Bakı. TurkicWorld:

Başda Azərbaycan olmaqla, Qazaxıstan, Qırğızıstan, Türkmənistan Türkiyə ilə əməkdaşlıqda maraqlıdır.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin ticarət naziri Ömər Bolat deyib.

"Həmçinin, Körfəz ölkələri və Fransa da Türkiyə ilə ticari əməkdaşlığa hazırdır. Yaxın 1-2 ay ərzində Fransa iş dünyası ilə görüşümüz olacaq. Türkiyənin qazan-qazan prinsipi yüksək qiymətləndirilir", - deyə o vurğulayıb.

Nazir Bolat onu da qeyd edib ki, Avropa İttifaqı Türkiyənin ixracatda ən böyük tərəfdaşıdır.

"Biz bir çox məsələlərdə Aİ ilə razıyıq. Lakin iş şurasının iclaslarına gəlincə, maneələr yaranır. Almaniyanın müsbət səyləri ilə Aİ komissiyasına Türkiyə ilə əlaqələri həll etmək vəzifəsi verilib", - deyə o əlavə edib.

Qeyd edək ki, Türkiyənin ticarət naziri Ömər Bolat 21 dekabr tarixində Bakıya səfəri çərçivəsində Azərbaycan-Türkiyə İnvestisiya Forumunda iştirak edib.

X: Lamanasadli01