Milli döyüş təyyarəsi KAAN-ın ilk uçuşunun tarixi açıqlanıb

Milli döyüş təyyarəsi KAAN-ın ilk uçuşunun tarixi açıqlanıb

Bakı. TurkicWorld:

KAAN milli döyüş təyyarəsinin ilk uçuşunun dekabrın 27-də həyata keçirilməsi planlaşdırılır.

TurkicWorld-un məlumatına görə, yerli mühərrik 2028-ci ildə hazır olacaq və KAAN-ın 2032-ci ildən etibarən inventara daxil olacağı gözlənilir.

Qeyd edək ki, Türk Uçak Sanayi Anonim Ortaklığı (TUSAŞ) tərəfindən hazırlanan milli döyüş təyyarəsinin məqsədi ABŞ-dan alınan F-16 və F-35 qırıcı təyyarələrini əvəz etməkdir. Milli Döyüş Təyyarəsinin ilk uçuş testi 2023-cü il martın 16-da keçirilib və uğurla tamamlanıb.

Mayın 1-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən “İstikbalin Yüzyılı” proqramında Milli Döyüş Təyyarəsinə KAAN adını verib.

Aytac Süleymanova

Twitter: a_alieva_