Cənubi Qafqazda bütün imkanları dayanıqlı sülhə yönəltməyin vaxtıdır - Hakan Fidan

Cənubi Qafqazda bütün imkanları dayanıqlı sülhə yönəltməyin vaxtıdır - Hakan Fidan

Şuşa. TurkicWorld:

İclasın qədim Şusada keçirilməsi böyük xoşbəxtlik və qürur mənbəyidir.

TurkicWorld xəbər verir, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının oktyabrın 10-da Şuşada keçirilən 27-ci iclasında çıxışı zamanı deyib.

“Biz azərbaycanlı qardaşlarımızı otuz illik işğala sonsuza qədər son qoyduğuna, tarixi ədalətsizliyi aradan qaldırdıqlarına görə alqışlayırıq. İndi İƏT coğrafiyasının strateji nüvəsini təşkil edən Cənubi Qafqazda bütün səyləri davamlı sülh, sabitlik və təhlükəsizliyə yönəltməyin vaxtıdır”, - deyə nazir bildirib.

H.Fidan bildirib ki, Türkiyə olaraq Cənubi Qafqazda yeni dinamika ilə bağlı müəyyən təkan əldə edilməli və Zəngəzur dəhlizi bütün İƏT üzvlərinin xeyrinə transformasiya edilməlidir.

Qeyd edək ki, Azərbaycan Respublikasının İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) sədrliyi çərçivəsində oktyabrın 10-da Şuşa şəhərində Xarici İşlər Nazirləri Şurasının 27-ci iclası keçirilir. İclas üzv və müşahidəçi ölkələrin, beynəlxalq tərəfdaşlar və İƏT-in ixtisaslaşmış qurumlarının nümayəndələrinin bəyanatları, İƏT çərçivəsində regional əməkdaşlığın gələcək inkişafı ilə bağlı təşəbbüs və təkliflərin, habelə iclasın gündəliyində duran digər məsələlərin müzakirəsi ilə davam edir.