KAAN-nın ilk buraxılış sınağı uğurla həyata keçirilib

KAAN-nın ilk buraxılış sınağı uğurla həyata keçirilib

Bakı. TurkicWorld:

Türkiyənin yerli döyüş təyyarəsi KAAN-nın ilk buraxılış sınağı uğurla həyata keçirilib.

TurkicWorld-un məlumatına görə, Milli döyüş təyyarəsi KAAN kritik sınaqlardan bir-bir keçir. TUSAŞ mühəndisləri təyyarəni bu il üçün planlaşdırılan ilk uçuşa tam hazırlamağa çalışır.

Bu istiqamətdə son sınaq, təyyarənin katapult oturacağı üçün olub.

Qeyd edək ki, Türkiyənin Türk Uçak Sanayi Anonim Ortaklığı (TUSAŞ) tərəfindən hazırlanan milli döyüş təyyarəsi KAAN-ın katapult oturacağının ilk sınağı 29 sentyabr tarixində İngiltərədə uğurla tamamlanıb.

Məlumat üçün bildirək ki, TUSAŞ tərəfindən yaradılan milli döyüş təyyarəsinin məqsədi ABŞ-dan alınan F-16 və F-35 qırıcı təyyarələrini əvəz etməkdir. Milli Döyüş Təyyarəsinin ilk uçuş testi 2023-cü il martın 16-da keçirilib və uğurla tamamlanıb.

Mayın 1-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən “İstikbalin Yüzyılı” proqramında Milli Döyüş Təyyarəsinə KAAN adını verib.