CANiK milli qüllələrin ixracına başlayır

CANiK milli qüllələrin ixracına başlayır

Bakı. TurkicWorld:

Türkiyənin müdafiə sənayesində lider şirkətlərdən olan CANiK milli qüllələrin ixracına başlayır.

TurkicWorld-un məlumatına görə, Türkiyənin müdafiə sənayesi sahəsində qabaqcıl şirkətlərdən biri olan CANiK, Polşada keçirilən Şərqi Avropanın ən qədim müdafiə sərgisi MSPO 2023-də milli uzaqdan idarə olunan stabilləşdirilmiş silahı (UKSS) nümayiş etdirib.

CANiK, 2023-cü il 12-15 sentyabr tarixləri arasında öz milli qüllələrini Londonda təşkil olunan dünyanın aparıcı və ən prestijli sərgilərindən biri olan Beynəlxalq Müdafiə və Təhlükəsizlik Avadanlıqları Sərgisində nümayiş etdirəcək.

Şirkətin, IDEF'23 Beynəlxalq Müdafiə Sənayesi Sərgisində nümayiş etdirdiyi və Polşada ilk dəfə xaricə etdiyi təqdimatda milli zenit CANiK M3-ün ən sürətli və ən yeni halqası, milli uzaqdan idarə olunan stabilləşdirilmiş silahı (UKSS), İngiltərənin UNIROBOTICS şirkəti tərəfindən dünyaya təqdim olunacaq.

Qeyd edək ki, CANiK, keçən il dünyada ortaçaplı üç silah istehsalçısından biri olan Britaniya şirkəti AEI Systems-i satın alıb.

Aytac Süleymanova

Twitter: a_alieva_