UMKE könüllüləri zəlzələ və fəlakətlərdə erkən xilasetmə fəaliyyətləri həyata keçirəcəklər - Koca

UMKE könüllüləri zəlzələ və fəlakətlərdə erkən xilasetmə fəaliyyətləri həyata keçirəcəklər - Koca

Bakı. TurkicWorld:

Milli Tibbi Xilasetmə Qrupu (UMKE) könüllüləri zəlzələ və fəlakətlərdə erkən xilasetmə fəaliyyətləri həyata keçirəcəklər.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca deyib.

Koca nazirliyin Bilkent şəhərciyində 7-13 Avqust Milli UMKE Həftəsi münasibətilə keçirilən və 81 vilayətdən UMKE könüllülərinin qatıldığı proqramda iştirak edib.

Səhiyyə naziri qeyd edib ki, formalaşacaq UMKE ATAK strukturu ilə UMKE könüllülərinə milli və beynəlxalq sertifikatlı təlimlər, zəlzələ və digər fəlakətlərdə erkən xilasetmə fəaliyyətləri həyata keçiriləcək.

"Bu gün 30 bölgə və 81 vilayətdə təşkil edilmiş 15 min 200 UMKE könüllü səhiyyə işçimiz var. Bütün UMKE könüllülərimiz Ümumdünya Səhiyyə Təşkilatının Beynəlxalq EMT Tip 2 yoxlamasına malikdirlər” – deyə Koca bildirib.

O qeyd edib ki, dünyada nadir görülən bu könüllü hərəkatı həm axtarış xilasetmə, həm də tibbi dəstək verən bir quruluşa çevriləcək.

Məlumat üçün bildiririk ki, fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələlərdə 5332 UMKE əməkdaşı bütün zəlzələ bölgələrində axtarış-xilasetmə işləri aparıb.

Hafiz Rufizoğlu