Türkiyə səfirliyi Fransadakı vətəndaşlarına xəbərdarlıq edib

Türkiyə səfirliyi Fransadakı vətəndaşlarına xəbərdarlıq edib

Bakı. TurkicWorld:

Türkiyənin Fransadakı səfirliyi vətəndaşlarına xəbərdarlıq edib.

TurkicWorld xəbər verir ki, xəbərdarlığa səbəb Fransadakı zorakılıq aktları və iğtişaşlar təhlükəsidir.

"Fransada genişmiqyaslı etiraz aksiyaları və zorakılıq aktları nəzərə alaraq, Fransadakı vətəndaşlarımıza, xüsusilə də Parisə səfər edəcək vətəndaşlarımıza kütləvi aksiyaların keçirildiyi yerlərdən uzaq durmağı və yüksək ehtiyatlılıq nümayiş etdirmələri tövsiyə olunur." - deyə diplomatik nümayəndəlikdən bildiriblər.

Nümayəndəlik qeyd edib ki, Fransada olan Türkiyə vətəndaşlarına mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələrini tövsiyə edirlər.

Xatırladaq ki, iyunun 27-də Fransanın İl-de-Frans əyalətində, Paris ətrafındakı Nanter qəsəbəsində polis tərəfindən əlcəzairəsilli Nael adlı 17 yaşlı yeniyetmə qətlə yetirilib. Hadisədən sonra ölkəni etiraz dalğası bürüyüb.