Özbəkistan,Qazaxıstan və Qırğızıstan səhmdar cəmiyyət yaradır

Özbəkistan,Qazaxıstan və Qırğızıstan səhmdar cəmiyyət yaradır

Bakı, TurkicWorld

Özbəkistan, Qazaxıstan və Qırğızıstan Qambarata SES-1-in tikintisi və istismarı layihəsini həyata keçirmək üçün səhmdar cəmiyyət yaratmaq niyyətindədirlər.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, Qırğızıstan tərəfinin layihədə və nizamnamə kapitalında payı 34%, Qazaxıstan və Özbəkistan tərəflərinin hər biri 33% olacaq.

Layihə çərçivəsində tərəflər arasında əməkdaşlığın əsas prinsipləri Kambarata SES-1-də istehsal olunan elektrik enerjisinin bütün həcminin tərəflərin müəyyən etdiyi təşkilatlar tərəfindən zəmanətli alınmasıdır.

Layihənin həyata keçirilməsindən sonra Kambarata SES-1-in səhmləri və aktivləri tamamilə Qırğızıstan tərəfinin mülkiyyətinə keçəcək.

Qeyd edək ki, 2023-cü ilin yanvarında Qazaxıstan, Qırğızıstan və Özbəkistanın energetika idarələrinin rəhbərləri Narın çayı üzərində Kambarata SES-1-in tikintisi layihəsinin həyata keçirilməsi üçün yol xəritəsi imzalayıblar.

Qazaxıstanın Energetika Nazirliyi hesab edir ki, Kambarata SES-1 Qırğızıstanın ən böyük elektrik stansiyasına çevriləcək.

Məlumat üçün qeyd edək ki,daha öncə Qırğızıstan prezidenti Sadır Japarov bildirmişdi ki, Kəmbərata-1 Su Elektrik Stansiyasının tikintisi 5-6 milyard dollara başa gələcək.