Qırğızıstan və Türkiyə prezidentləri arasında telefon danışığı olub

Qırğızıstan və Türkiyə prezidentləri arasında telefon danışığı olub

Bakı,TurkicWorld

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Türkiyədə keçirilən bələdiyyə seçkilərinin nəticələri ilə bağlı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, söhbət zamanı Sadır Japarov Türkiyədə bələdiyyə seçkilərinin uğurla keçirilməsi münasibətilə Rəcəb Tayyib Ərdoğanı təbrik edib.

“Türkiyə xalqı bir daha ölkənin çiçəklənməsi yolunda dövlət kursunu dəstəkləyir”- deyə Japarov bildirib.

Sadır Japarov ikitərəfli əməkdaşlığın cari sahələri üzrə dialoqu davam etdirməyə hazır olduğunu vurğulayaraq bildirib ki, Qırğızıstan Türkiyə liderini Qırğızıstana dövlət səfərində gözləyir.

Dövlət başçıları ikitərəfli və çoxtərəfli əməkdaşlığın aktual məsələləri ətrafında fikir mübadiləsi aparıb, əvvəllər əldə edilmiş razılaşmaların icrasının gedişini müzakirə ediblər.