Formula 1 Azərbaycan Qran Prisinin ikinci gününün yarışları bugün baş tutacaq

Formula 1 Azərbaycan Qran Prisinin ikinci gününün yarışları bugün baş tutacaq

Bakı. TurkicWorld:

Bu gün 2023 Formula 1 Azərbaycan Qran Prisinin ikinci gününün yarışları keçiriləcək.

TurkicWorld-un məlumatıma görə, yarışın 2-ci günü, aprelin 29-da Formula 1 komandalarının 2-ci sərbəst yürüşü və Formula 1 və Formula 2 komandalarımın qısa sprint yarışları baş tutacaq.

Əsas yarışlar isə aprelin 30-da keçiriləcək və Formula 1 və Formula 2 üzrə qaliblər müəyyən ediləcək.

Qeyd edək ki, 28-30 aprel tarixlərində keçirilən Qran Prinin 1-ci günündə Formula 1 və Formula 2 komandalarının sərbəst yürüşləri və sıralama turu keçirilib.

Formula 1 sıralama yürüşündə "Ferrari" pilotu Şarl Lekler yarışın birincisi olub. "Red Bull"un pilotu Maks Ferstappen ikinci, "Ferrari"nin digər pilotu Serxio Peres isə üçüncü yerdə qərarlaşıb.

Formula 2 komandalarının sıralama yürüşündə isə Preme Racing" komandasının pilotu Oliver Berman qalib olub. 30 dəqiqə davam edən yürüşdə "Rodin Carlin" komandasının üzvü Enzo Fittipaldi ikinci, "ART Grand Prix"in pilotu Teo Purşer isə üçüncü yerdə qərarlaşıb.