Formula 1 komandalarının sıralama yürüşü başlayıb

Formula 1 komandalarının sıralama yürüşü başlayıb

Bakı. TurkicWorld:

2023 Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində Formula 1 komandalarının sıralama yürüşü başlayıb.

TurkicWorld-un məlumatına görə, yürüş bir saat davam edəcək.

Qeyd edək ki, bu gündən 2023 Formula 1 Azərbaycan Qran Prisi start götürüb.
28-30 aprel tarixlərində keçiriləcək yarışın 1-ci günündə Formula 1 və Formula 2 komandalarının sərbəst yürüşləri və sıralama turu keçirilir.

Yarışın 2-ci günü, yəni aprelin 29-da Formula 1 komandalarının 2-ci sərbəst yürüşü və Formula 1 və Formula 2 komandalarımın qısa sprint yarışları baş tutacaq.

Əsas yarışlar isə aprelin 30-da keçiriləcək və Formula 1 və Formula 2 üzrə qaliblər müəyyən ediləcək.