Formula 1 komandalarının sərbəst yürüşündə ilk üçlük məlum olub

Formula 1 komandalarının sərbəst yürüşündə ilk üçlük məlum olub

Bakı. TurkicWorld:

2023 Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində Formula 1 komandalarının sərbəst yürüşündə ilk üçlük məlum olub.

TurkicWorld-un məlumatına görə, "Red Bull Racing" komandasının pilotu Maks Ferstappen birinci olub.

Onu ikinci sırada "Ferrari" komandasının pilotu Charles Leclerc izləyib. Üçüncü yerdə "Red Bull" komandasının sürücüsü Serxio Peres olub.

Qeyd edək ki, bu gündən 2023 Formula 1 Azərbaycan Qran Prisi start götürür.
28-30 aprel tarixlərində keçiriləcək yarışın 1-ci günündə Formula 1 və Formula 2 komandalarının sərbəst yürüşləri və sıralama turu keçirilir.

Yarışın 2-ci günü, yəni aprelin 29-da Formula 1 komandalarının 2-ci sərbəst yürüşü və Formula 1 və Formula 2 komandalarımın qısa sprint yarışları baş tutacaq.

Əsas yarışlar isə aprelin 30-da keçiriləcək və Formula 1 və Formula 2 üzrə qaliblər müəyyən ediləcək.