Formula 1 Azərbaycan Qran Prisi bugün start götürür

Formula 1 Azərbaycan Qran Prisi bugün start götürür

Bakı. TurkicWorld:

Bu gündən 2023 Formula 1 Azərbaycan Qran Prisi start götürür.

TurkicWorld-un məlumatıma görə, 28-30 aprel tarixlərində keçiriləcək yarışın 1-ci günündə Formula 1 və Formula 2 komandalarının sərbəst yürüşləri və sıralama turu keçiriləcək.

Yarışın 2-ci günü, yəni aprelin 29-da Formula 1 komandalarının 2-ci sərbəst yürüşü və Formula 1 və Formula 2 komandalarımın qısa sprint yarışları baş tutacaq.

Əsas yarışlar isə aprelin 30-da keçiriləcək və Formula 1 və Formula 2 üzrə qaliblər müəyyən ediləcək.