DİN Formula 1 yarışına hazırlıqları davam etdirir

DİN Formula 1 yarışına hazırlıqları davam etdirir

Bakı. TurkicWorld:

Aprelin 28-30 tarixlərində baş tutacaq 2023-cü il Formula 1 Azərbaycan Qran Prisinə hazırlıqlar davam etdirilir.

DİN-in Mətbuat Xidmətindən TurkicWorld-a verilən məlumata görə, bu gün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən ictimai qaydanın və ictimai təhlükəsizliyin, xidmətin nümunəvi təşkili məqsədilə tədbirə cəlb olunacaq şəxsi heyətin sıra baxışı keçirilib, maddi-texniki təchizatın vəziyyəti yoxlanılıb.

Tapşırıqların icra vəziyyətini yoxlayan Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Vüqar Ələkbərov tədbirin yüksək təhlükəsizlik şəraitində keçirilməsi, qarşıya qoyulan tapşırıqlarla bağlı şəxsi heyəti təlimatlandırıb, əlavə göstərişləri diqqətə çatdırıb.