İdmançılarımız bu ilin ilk 3 ayında beynəlxalq yarışlarda 107 medal qazanıblar

İdmançılarımız bu ilin ilk 3 ayında beynəlxalq yarışlarda 107 medal qazanıblar

Bakı. TurkicWorld:

Azərbaycan idmançılarının bu ilin ilk 3 ayında nüfuzlu beynəlxalq yarışlarda əldə etdiyi medalların sayı açıqlanıb.

TurkicWorld Gənclər və İdman Nazirliyinə istinadla xəbər verir ki, ilin birinci rübündə ümumilikdə 107 medal qazanılıb. Bunun 38-i qızıl, 25-i gümüş, 44-ü isə bürünc mükafatdır.

Qeyd edək ki, Azərbaycan idmançıları mart ayında keçirilmiş beynəlxalq yarışlardan isə 70-dək medalla qayıdıblar.