Milli Məclis Nazirlər Kabinetinin hesabatını qəbul edib

Milli Məclis Nazirlər Kabinetinin hesabatını qəbul edib

Bakı. TurkicWorld:

Bu gün Milli Məclisin növbəti plenar iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatı müzakirə olunub.

TurkicWorld-in məlumatına görə, iclasda Baş nazir Əli Əsədov, nazirlər və dövlət komitə və agentlik rəhbərləri iştirak edib.

Hesabatı baş nazir təqdim edib və ötən il ərzində görülən işlər barəsində ətraflı məlumat təqdim edib.

Hesabatda ötən il ərzində sosial-iqtisadi, siyasi, mədəni və digər sahələrdə görülən işlər barəsində geniş məlumatlar öz əksini tapıb.

Müzakirələrdən sonra Ə.Əsədov deputatların suallarını cavablandırıb. Daha sonra hesabat səsverməyə qoyularaq qəbul edilib.