Uzun müddət müəllimlərin əməkhaqqıları normal olmayıb, buna görə repetitorluq fəaliyyətinə başlayıblar - Nazir

Uzun müddət müəllimlərin əməkhaqqıları normal olmayıb, buna görə repetitorluq fəaliyyətinə başlayıblar - Nazir

Bakı. TurkicWorld:

Müəllim dərsdən sonra şagirdlə məşğul ola bilər, dərs keçə bilər.

TurkicWorld xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə çıxışı zamanı deyib.

"Bu, qeyri-qanuni bir hal deyil. Uzun müddət məktəb müəllimlərinin əməkhaqqı normal olmayıb. Bu səbəbdən repetitorluq fəaliyyəti başlayıb. Bunun qarşısını almaq üçün islahat bir gündə olmur. Müəllimlərin əməkhaqlarını sertifikatlaşdırma ilə artıraraq, müəllimlərin məktəblərdə dərsdən sonra ödənişli yollarla dərs keçməsinin qarşısını ala bilərik. Mənim fikrimcə, müəllimin öz sinifindən olan şagirdə repetitorluq xidməti göstərməsi mənəvi cəhətdən düzgün deyil",- deyə nazir bildirib.