Dünya çempionatı: Azərbaycan Bolqarıstanla üz-üzə

Dünya çempionatı: Azərbaycan Bolqarıstanla üz-üzə

Bakı. TurkicWorld:

Minifutbol üzrə Azərbaycan millisi BƏƏ-nin Ras Əl-Xayma şəhərində keçirilən dünya çempionatında bu gün 1/4 final oyununa çıxacaq.

İdman.biz xəbər verir ki, yığma Bolqarıstanı sınağa çəkəcək.

Görüşün çətin keçəcəyini proqnozlaşdırmaq olar. Çünki hər iki komanda bu mərhələyədək güclü rəqibləri məğlub edib.

Dünya çempionatı
2 noyabr
1/4 final
21:00. Azərbaycan – Bolqarıstan

Qeyd edək ki, Azərbaycan millisi 1/8 finalda Portuqaliyanı 3:0, Bolqarıstan İngiltərəni 2:1 hesabı ilə məğlub edib.