Boksçularımız Bolqarıstanda təlim-məşq toplanışı keçir

Boksçularımız Bolqarıstanda təlim-məşq toplanışı keçir

Bakı. TurkicWorld:

Kişi boksçularımız Bolqarıstana yollanıb.

İdman.biz xəbər verir ki, baş məşqçi Pedro Roke və məşqçi Nəriman Abdullayev rəhbərliyi altında yığmanın 4 idmançısı Sofiyada təlim-məşq toplanışına qatılıb.

Hazırlıqda Ümid Rüstəmov (57 kq), Malik Həsənov (63,5 kq), Nəbi İsgəndərov (71 kq) və Alfonso Dominqes (92 kq) iştirak edirlər.

Yığmamız Bolqarıstanda toplanışı ev sahibləri və Rumıniya milliləri ilə birgə keçəcək. Məşqlərdə sınaq döyüşlərinin keçirilməsi də nəzərdə tutulub.

Oktyabrın 30-da start götürən hazırlıq noyabrın 10-dək davam edəcək.