Danimarkalı coğrafiyaçılar ADPU-nun Quba filialında olublar

Danimarkalı coğrafiyaçılar ADPU-nun Quba filialında olublar

Bakı. TurkicWorld:

Danimarkanın Kopenhagen Universitet Kollecinin coğrafiya üzrə mütəxəssisləri Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında olublar.

ADPU-dan TurkicWorld-a bildirilib ki, qonaqlar filialla tanış olub, “Tarix və coğrafiya müəllimliyi” və “Coğrafiya müəllimliyi” ixtisasının tələbələrini dərs prosesində izləyiblər.

Filialla tanışlıqdan sonra qonaqlar Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.

Qeyd edək ki, Pedaqoji Universitetlə Kopenhagen Universitet Kolleci arasında Erasmus+ mübadilə proqramı çərçivəsində akademik heyət və tələbə mübadiləsi həyata keçirilir.