Azərbaycan Aİ-nin Cənubi Qafqazda ən böyük strateji enerji tərəfdaşıdır - Ceyhun Bayramov

Azərbaycan Aİ-nin Cənubi Qafqazda ən böyük strateji enerji tərəfdaşıdır - Ceyhun Bayramov

Bakı. TurkicWorld:

Azərbaycan Aİ-nin Cənubi Qafqazda ən böyük ticari, investisiya və strateji enerji tərəfdaşıdır.

TurkicWorld bazar ertəsi xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov litvalı həmkarı Qabrielius Landsbergislə brifinqdə deyib.

"Bu gün nazir həmkarım Landsbergislə geniş görüşlərimizdə əməkdaşlığımızın siyasi, iqtisadi və humanitar aspektlərini, o cümlədən regiondakı cari vəziyyəti müzakirə etdik.

Çoxtərəfli əməkdaşlığa gəlincə, Aİ ilə əməkdaşlığımızı müzakirə etmək imkanımız oldu. Aİ Azərbaycanın əsas ticari tərəfdaşıdır, belə ki, ticarətimizin 40 faizi Aİ ilə aparılır. Azərbaycanla strateji tərəfdaşlığa dair sənədlər Aİ-nin doqquz üzv dövləti ilə imzalanıb. Bu kontekstdə Aİ-nin tvinninq layihələri çərçivəsində Litva ilə uğurlu əməkdaşlıq çox mühüm əhəmiyyət kəsb edir", - o deyib.