Rusiya XİN Azərbaycanın İrandakı səfirliyində baş verən terror aktı ilə bağlı bəyanatla çıxış edib

Rusiya XİN Azərbaycanın İrandakı səfirliyində baş verən terror aktı ilə bağlı bəyanatla çıxış edib

Bakı. TurkicWorld:

Azərbaycanın Tehrandakı səfirliyinə hücumla əlaqəli olaraq Azərbaycan tərəfinə dərin hüznlə başsağlığımızı bildiririk.

TurkicWorld-in məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında Azərbaycanın İrandakı səfirliyində baş verən terror aktı ilə əlaqəli bəyanatında deyilir.

"Daxil olan məlumata əsasən, bugün səhər saatlarında silahlı şəxs səfirliyinin binasına daxil olaraq atəş açıb. Nəticədə Azərbaycan Respublikasının səfirliyinin bir nəfər əməkdaşı həlak olub, iki nəfər əməkdaş isə yaralanıb. Hücum edən şəxs Tehran polisi tərəfindən saxlanılıb, istintaq aparılır. Bütün təqsirkarların məsuliyyətə cəlb olunacağına ümid edirik. Baş verən hadisə dövlətlərin Diplomatik Əlaqələr haqqında 18 aprel 1961-ci il tarixli Vyana Konvensiyasına əsasən ərazilərində fəaliyyət göstərən diplomatik nümayəndələrin təhlükəsiz fəaliyyətini təmin etməsinin vacibliyini bir daha təsdiqlədi", - bəyanatda deyilir.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs Kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin digər iki əməkdaşı yaralanıb. Hazırda hadisənin istintaqı aparılır.