Ermənistan KTMT-yə çətinlik yaradır - Rusiya XİN

Ermənistan KTMT-yə çətinlik yaradır - Rusiya XİN

Bakı. TurkicWorld:

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) çətinlik yaradır.

TurkicWorld-un məlumatına görə, bunu cümə axşamı həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova Ermənistanın KTMT təlimlərinə ev sahibliyi etməkdən imtina etməsini şərh edərkən deyib.

"Aydındır ki, bu məsələdə Ermənistan silahlı qüvvələrinin qarşısında duran prioritet vəzifələr əsasında fəaliyyət göstərməkdə davam edir. Və ötən il Ermənistan Müdafiə Nazirliyi Qazaxıstanda KTMT-nin birgə təlimlərində iştirak etmək üçün hərbi kontingent ayırmayıb. Təbii ki, bu, müttəfiqlər üçün müəyyən çətinliklər yaradır və onları hərbi idarələr tərəfindən artıq razılaşdırılmış planları yenidən formalaşdırmağa məcbur edir”, - Zaxarova qeyd edib.