...

Müdafiə Nazirliyi sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı vətəndaşlara müraciət etdi

Siyasət Digər xəbərlər 1 Avqust 2022 14:00
Trend Hafiz Rufizoğlu
Müdafiə Nazirliyi sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı vətəndaşlara müraciət etdi

Son günlər sosial şəbəkələrdə müxtəlif adlar altında Vətən müharibəsi və təlimlər zamanı Azərbaycan Ordusunun fəaliyyətini, hərbi kolonların, eləcə də döyüş texnikalarının hərəkətini əks etdirən foto və video görüntülər yeni məlumat kimi paylaşılır.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, xidməti fəaliyyət ilə bağlı Azərbaycan Ordusunun şəxsi heyəti və döyüş texnikası təlim mərkəzlərinə, ümumqoşun poliqonlarına mütəmadi olaraq hərəkət edir.

Bir daha sosial şəbəkə istifadəçilərini və əhalini belə köhnə görüntüləri yeni video adı altında yaymamağa və ictimaiyyət arasında çaşqınlıq yaratmamağa çağırırıq.

Vətəndaşlarımıza yalnız öz təsdiqini tapmış və Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində (www.mod.gov.az), həmçinin sosial şəbəkə hesablarında paylaşılan məlumatlara istinad etməyi tövsiyə edirik.

Məqalədə:
Xəbərlər

Xəbər lenti