Azərbaycan Ordusunun Qırmızı Bazar istiqamətində atəş açması barədə erməni mətbuatında yayılan məlumat yalandır - MN

Azərbaycan Ordusunun Qırmızı Bazar istiqamətində atəş açması barədə erməni mətbuatında yayılan məlumat yalandır - MN

Azərbaycan Müdafiə Nazirliyi Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə atəşkəsin pozulması iddialarını təkzib edib.

Bu barədə Nazirlikdən Trend-ə bildirilib.

"Azərbaycan Ordusunun bölmələrinin Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi istiqamətində guya atəş açması barədə erməni mətbuatında yayılan məlumat yalandır və həqiqəti əks etdirmir"- deyə açıqlamada qeyd olunur.