Qarabağdan çıxan sülhməramlılara lazımi texniki dəstək göstərilsin - Müdafiə nazirliyi

Qarabağdan çıxan sülhməramlılara lazımi texniki dəstək göstərilsin - Müdafiə nazirliyi

Bakı. TurkicWorld:

Müdafiə naziri Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını verib.

TurkicWorld xəbər verir ki, nazir bunu Quru Qoşunlarının qərargahında aprelin 20-də xidməti müşavirədə deyib.

Z.Həsənov Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş hazırda isə ölkəni tərk edən Rusiya sülhməramlı kontingentinin şəxsi heyət, silah-sursat və döyüş texnikasının daşınmasında lazımi texniki dəstəyin göstərilməsi ilə bağlı müvafiq göstərişlər verib.