BMT-nin Baş katibi Novruz Bayramı ilə bağlı paylaşım edib

BMT-nin Baş katibi Novruz Bayramı ilə bağlı paylaşım edib

Bakı. TurkicWorld:

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antoniu Quttereş Novruz bayramı münasibətilə sosial şəbəkədə paylaşım edib.

TurkicWorld xəbər verir ki, Baş katib "Twitter" hesabındakı paylaşımında bununla bağlı deyib:

"Bəşəriyyət misli görünməmiş çağırışlarla üzləşdiyi bir vaxtda gəlin Novruzun həmrəylik ruhunu rəhbər tutaq və harmoniyada yaşamaq, planetimizi qorumaq öhdəliyimizi təzələyək. Hər kəsə xoşbəxt, sağlam və dinc Novruz diləyirəm".