Ermənistanla sərhəddə Eyvazlı Sərhəd Nəzarət postu istifadəyə verilib

Ermənistanla sərhəddə Eyvazlı Sərhəd Nəzarət postu istifadəyə verilib

Ermənistanla sərhəddə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Eyvazlı Sərhəd Nəzarət postu istifadəyə verilib.

Trend-in Qarabağ bürosu xəbər verir ki, "Eyvazlı" sərhəd nəzarət postunun yeni binasında çalışan sərhədçilər üçün hər cür şərait yaradılıb.

Dövlət Sərhəd Xidməti mətbuat mərkəzinin əməkdaşı polkovnik Rəşad Məşədiyev bildirib ki, buraxılış məntəqəsində Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsi əməkdaşlarnın birgə fəaliyyətinin yüksək səviyyədə təmin olunması üçün yeni əsaslı təmirdən çıxmış inzibati bina istifadəyə verilib.

"Burada dövlət sərhədindən keçən şəxslərin nəqliyyat vasitələrinin və yüklərin müvafiq qaydada rəsmiləşdirilməsi, məlumatların mərkəzləşdirilmiş elektron qeydiyyat sisteminə daxil edilməsi və digər sərhəd nəzarəti tədbirləri həyata keçirilir. Bu ərazinin mühafizəsi sərhəd döyüş məntəqələri tərəfindən həyata keçirilir", - deyə o bildirib.